Estoniya rus dilindən imtina edir

DÜNYA 04.08.2022 1398

Estoniyanın təhsil nazirliyi Tonis Lukas rus dilindən ikinci xarici dil kimi imtina edilməsi təklifi ilə çıxış edib. O, bu barədə ERR telekanalının efirində bildirib.

“Estoniyada ikinci xarici dil kimi rus dilinin üstünlük təşkil etməsi normal deyil. Məktəblər valideynlərin istəklərinə cavab verməli və həll yollarını özləri tapmalıdırlar. Dilin özünün heç bir günahı yoxdur, biz dilə qarşı deyilik. Sadəcə olaraq, seçim daha geniş olmalıdır”, - deyə nazir vurğulayıb.

Bununla belə, Lukas əlavə edib ki, bütün Estoniya məktəbləri üçün fransız və ya alman dili müəllimləri tapmaq çətin olacaq.

Mənbə: iz.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top