Xarkovda hava hücumuna davamlı dayanacaqlar quraşdırılacaq - FOTO

DÜNYA 26.07.2022 1140

Ukraynanın Xarkov şəhərində təhlükəsiz ictimai nəqliyyat dayanacaqları tikiləcək.

Bu barədə Xarkov Şəhər Şurası məlumat verib.

Qeyd olunur ki, ilk olarq 25 belə dayanacaq tikiləcək, gələcəkdə onların sayının artırılması gözlənilir.

Bu dayanacaqlar ən sıx trolleybus, avtobus və tramvay marşrutlarının keçdiyi ərazidə quraşdırılacaq.

Təhlükəsiz dayanacaqlar dəmir-beton konstruksiyadan inşa ediləcək.

“Vətəndaşlar mərmi təhlükəsi olduğu zaman, həmçinin, hava hücumları zamanı bu dayanacaqlara sığına biləcəklər. Oxşar dayanacaqlar İsraildə də mövcuddur”, - Xarkov Şəhər Şurasının məlumatında qeyd olunur.

 

Mənbə: Unian.net

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top