Rusiyada pasiyent palata yoldaşlarını bıçaqladı

DÜNYA 26.07.2022 1217

Sankt-Peterburqda xəstəxanaların birində pasiyent palata yoldaşlarını bıçaqlayıb. Ümumilikdə beş nəfər yaralanıb. Onlardan biri reanimasiyaya yerləşdirilib, daha bir nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Hadisəni törədən 34 yaşlı şəxs saxlanılıb. Onun soyuq silahı elə zərərçəkənlər tərəfindən əlindən alınaraq hüquq mühafizəçilərinə təhvil verilib.

Məlumata görə, kişi pankreatit xəstəliyinin kəskinləşməsi ilə xəstəxanaya daxil olubmuş. Onun psixo-nevroloji dispanserdə qeydiyyatda olduğu qeyd edilir.

Mənbə: Nevnov.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top