Britaniya Rusiyanın hər zərbəsinə Ukraynaya yardımın artırılması ilə cavab verəcək

DÜNYA 24.07.2022 982

Rusiya Ukrayna ərazisinə nə qədər çox raket atsa, Böyük Britaniya bir o qədər çox yardım göndərəcək.

Bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bəyan edib.

“Biz bilirik ki, ukraynalılar təkcə öz gələcəkləri üçün deyil, demokratiya, gələcək dünya uğrunda da mübarizə aparırlar. Ona görə də Ukraynanın qələbəsi bizim hamımız üçün vacibdir. Ukrayna şəhərlərini vuran hər raketdən sonra biz daha çox yardım təmin edəcəyik”, -deyə nazir bildirib.

Trassın fikrincə, bu müharibədə qələbə Ukraynanın olmalıdır.

“Biz kömək edəcəyik ki, Ukrayna bu müharibədən sonra daha güclü, daha uğurlu olsun. Çünki o, demokratiyanın simvolu kimi yüksələcək”, - XİN rəhbəri vurğulayıb.

Mənbə: rbc.ua

XƏBƏR LENTİ
20.04.2024 2058

DİGƏR XƏBƏRLƏR

Loading
Top