Tokayev Zelenski ilə söhbətində sülh yolu ilə nizamlanmaya dair mövqeyini təsdiqləyib

DÜNYA 23.07.2022 1384

Qazaxıstan və Ukrayna liderləri Kasım-Jomart Tokayev və Volodimir Zelenski Kiyevin təşəbbüsü ilə telefon danışığı aparıblar.

“Qazaxıstan Prezidenti BMT-nin yardımı ilə Türkiyədə Ukrayna taxılının ixracı ilə bağlı əldə olunan üçtərəfli razılaşmanı müsbət qiymətləndirib. Dövlət başçısı Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı Qazaxıstanın prinsipial mövqeyini də təsdiqləyib”, - deyə məlumatda bildirilib.

Zelenski öz “Twitter” hesabında Tokayevə “Ukraynanın ərazi bütövlüyünə prinsipial dəstəyə” və qondarma “LPR” və “DXR”-in tanınmamasına görə minnətdarlığını ifadə etdiyini qeyd edib.

Dövlət başçıları həmçinin Ukrayna ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə bir-birilərini təbrik ediblər. Həmçinin tərəflər iqtisadiyyat, enerji, rəqəmsallaşma sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Mənbə: RBC.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top