Hukusi Akar: “İstanbulda Taxıl dəhlizinin Koordinasiya Mərkəzi formalaşdırılıb”

DÜNYA 23.07.2022 1609

Taxıl dəhlizinin yaradılmasına dair Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanan dördtərəfli sazişə əsasən, İstanbulda yaradılan Koordinasiya Mərkəzinin formalaşdırılması üzrə işlər yekunlaşıb.

Bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya və Ukraynanın nümayəndələri, o cümlədən BMT nümayəndəsi Türkiyə ilə birgə Mərkəzdə işləyir.

Nazir ölkəsinin razılaşma ilə üzərinə düşən vəzifələri bundan sonra da yerinə yetirəcəyini deyib və bütün digər işlərin də müqavilədə qeyd olunduğu kimi davam etməsini arzulayıb.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top