Rusiyalı klimatoloq: “Xəzərin səviyyəsinin dəyişməsini çaylarla əlaqələndirmək olmaz”

DÜNYA 23.07.2022 1059

“Xəzər dənizi müəyyən maksimuma çatır, sonra aşağı düşür. Görünür, bu, bütün Yer kürəsinin dərin tektonikası ilə bağlıdır”. 

Coğrafiya elmləri doktoru, klimatoloq, Rusiya Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin baş mütəxəssisi Nina Zayseva Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı Oxu.Az-a fikirlərini bildirib.


Onun sözlərinə görə, nə qədər təəccüblü görünsə də, Xəzər dənizinin səviyyəsindəki dalğalanmaları nə Volqa çayının, nə də digər çayların axını ilə əlaqələndirmək olmaz.

“Əslində hər şey bir-biri ilə əlaqəlidir. Rusiya Elmlər Akademiyasının Atmosfer Fizikası İnstitutundan akademik Qeorqi Qolisın hələ aspirant olarkən hətta Sakit okeanda, Cənubi Amerikanın qərb sahillərində El Nino (El Nino - Sakit okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunda dalğalanmalardır ki, bu da iqlimə nəzərəçarpacaq dərəcədə təsir göstərir - red.) fenomeni ilə Xəzər dənizi səviyyəsindəki dalğalanmalar arasında əlaqə axtarırdı. Amma mən buna şübhə ilə yanaşırdım.

Rezonans deyilən hadisələr var - bu, bir-birindən fərqli amplitudaya və dövriliyə malik iki fərqli dalğa prosesinin eyni yerdə baş verməsidir. Fizikada bu yaxşı təsvir edilib, lakin təbiətdə hər şey daha mürəkkəbdir. Və bir daha vurğulayıram - Xəzər dənizinin səviyyəsində kvazi dalğalanmalar var. Bu dalğalanmalar qlobal haldır və heç vaxt yox olmayacaq. Bir neçə il əvvəl Amur çayının dayazlaşması ilə bağlı çox narahatlıqlar var idi. Bir müddət sonra çay dondu, bu isə öz növbəsində daşqına səbəb oldu. Buna bənzər çoxlu misallar var”, - deyə klimatoloq qeyd edib.

Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycanda iqlim dəyişikliyinə ən həssas yerlərin reyestrinin yaradılması da ilə bağlı suala cavabında Zayseva bunun yaxşı hal olduğunu bildirib.

“Bu, çox yaxşıdır. Və bu reyestrə ilk növbədə, həyəcan təbili çalanların iddia etdiyi kimi olmasa da, ölçüləri azalan buzlaqlar daxil edilməlidir. Hər halda ərazinizdəki həssas sahələri bilmək həmişə yaxşıdır”, – deyə o vurğulayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top