Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Nəmmədov jurnalistlərimizi təbrik etdi

DÜNYA 22.07.2022 1141

Sizi peşə bayramınız münasibətilə bir daha ürəkdən təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm.

Saat24.Az xəbər verir ki,bu sözləri Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Nəmmədov müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Dəyərli mətbuat işçiləri! Hörmətli qələm sahibləri! Sizi “Milli Mətbuat günü” münasibətilə təbrik edirik!
Ağdaş Regional Mədəniyyət İdarəsinin kollektivi adından Sizi “Milli Mətbuat günü” münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə şərəfli və məsuliyyətli işinizdə hər birinizə uğurlar arzulayıram.
Əsası dövrünün dahi mütəfəkkiri Həsən bəy Zərdabi tərəfindən qoyulan, Azərbaycanın ilk mətbu nümunəsi olan “Əkinçi” qəzetinin yaranmasından 147 il ötür. Qəzetin ilk nəşri 1875-ci ilin bu günündə işıq üzü görmüşdür. Cəmi 56 nömrəsi çapdan çıxmış “Əkinçi” qəzeti özündən sonra böyük miras qoymuş, bir-birinin ardınca milli-demokratik ruhlu qəzet və jurnalların nəşrinə təkan vermişdir.
Azərbaycan mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyuldu. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir və Azərbaycanda böyük bir jurnalist ordusu yetişib.
Jurnalist peşəsi yalnız dərin bilik deyil, həm də xüsusi istedad tələb edən çox vacib, maraqlı və mürəkkəb bir peşədir. Jurnalist olmaq həm də qərəzsiz məlumat bələdçisi olmaq deməkdir. Hadisələrin sürətlə cərəyan etdiyi müasir dövrdə insanlar üçün məlumat dənizində bələdçi olmaq isə çox çətindir. Buna nail olmaq istəyən qələm sahibinin öz dəsti-xətti, hadisələrə obyektiv baxışı, ən əsası isə vətəndaş mövqeyi olmalıdır. Bunun öhdəsindən yalnız peşələrinə sədaqət nümayiş etdirən, bütün çətin anlarda hər zaman öndə olmağı bacaran, yorulmadan çalışaraq cəmiyyətimizi dürüst məlumatlarla təmin edən peşəkar jurnalistlər gələ bilər. Bu gün peşə bayramlarını iş başında qeyd edən yüzlərlə jurnalist həm ölkə ictimaiyyətini informasiya ilə təmin edir, həm də vətəndaş mövqeyi sərgiləyərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması missiyasını yerinə yetirir.
Sizi peşə bayramınız münasibətilə bir daha ürəkdən təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirəm.
Hörmətlə,
Səxavət Nəmmədov
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top