Çində bubon taununa yoluxma halı aşkarlanıb

DÜNYA 21.07.2022 1431

Çinin şimal-qərbində bubon taununa yoluxma halı aşkarlanıb.

Yoluxmuş şəxs Ninsya-Huey Muxtar Rayonunun İnçuan şəhərində müəyyən edilib. O, bir gün əvvəl Daxili Monqolustan Muxtar Rayonundan İnçuana qayıdıb.

Bubon taunu aşkar edildikdən sonra Ninsya-Hueydə taunun qarşısının alınması və nəzarəti üçün fövqəladə tədbirlərin dördüncü səviyyəsi tətbiq edilib.

Xatırladaq ki, bundan əvvəl rusiyalı infeksionist Andrey Pozdnyakov Azərbaycanla həmsərhəd Dağıstan Respublikasının da taun xəstəliyinin mümkün təbii ocaqları arasında olduğu barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, bubon taunu təhlükəli infeksiyadır. Xəstəlik əvvəlcə yoluxmuş gəmiricilər, sonra isə insanları sancan həşəratların, o cümlədən birələrin vasitəsi ilə yayılır. Bundan başqa, xəstəliyə yoluxmuş heyvan cəmdəklərini kəsərkən və xəstə insanla yaxın təmas zamanı da yoluxma ola bilər. Simptomlar qripin simptomlarına (qəfil hərarət, titrəmə, baş və bədən ağrıları, həmçinin zəiflik, ürəkbulanma və qusma) bənzəyir.

Taunun ən çox yayılmış forması bubondur və yoluxmuş birə sancması ilə keçir. Nəticədə limfa sistemi zədələnir, limfa düyünləri sərtləşir. Xəstəliyin gec mərhələsində iltihablı limfa düyünləri açıq, irinli yaralara çevrilə bilər. Məhz bu taun orta əsr şəhərlərində qorxu yaradıb.

Taun xəstələrinin müalicəsi hazırda antibiotiklərin, sulfanilamidlərin və taun əleyhinə müalicəvi zərdabların köməyi ilə həyata keçirilir.

Mənbə: Rg.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top