Bruklində “Qanun və qayda” filminin çəkiliş qrupunun üzvü güllələnib

DÜNYA 21.07.2022 1345

NBC-nin “Qanun və qayda: Mütəşəkkil cinayətkarlıq” proqramının çəkiliş qrupunda ​​çalışan 31 yaşlı kişi dayanacaqda güllələnərək öldürülüb.

Bu barədə Nyu-York polisi məlumat verib.

Conni Pizarro adlı şəxs prodüser şirkəti üçün parkinq qaydalarına riayət olunması üzrə işə götürülüb. O, Bruklin ştatının Grinpoynt şəhərindəki Nort-Henri-stritdə avtomobildə oturarkən naməlum atıcı maşının qapısını açıb və ona atəş açıb. O, boyun və baş nahiyəsindən yaralanıb.

Atəş açan şəxs qaçıb, zərərçəkən isə təcili yardım maşını ilə ən yaxın xəstəxanaya çatdırılıb, lakin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda cinayətkar və onun motivləri ilə bağlı axtarış aparılır, həmçinin ərazidəki müşahidə kameralarının görüntüləri araşdırılır.

Mənbə: MK.ru

XƏBƏR LENTİ
17.04.2024 3206

DİGƏR XƏBƏRLƏR

Loading
Top