Özbəkistanda havanın temperaturu 47 dərəcəyə yüksəldi, minlərlə insan xəstəxanalıq oldu

DÜNYA 20.07.2022 1305

Özbəkistanda üç gün ərzində dörd mindən çox vətəndaş xəstəxanalara yerləşdirilib. Buna səbəb ölkə ərazisində müşahidə edilən anomal istilərdir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, respublikada havanın temperaturu 47 dərəcəyə çatır. Havanın yüksək hərarəti hipertoniya, astma və digər xroniki xəstəliklərin kəskinləşməsinə səbəb olub.

Qeyd edək ki, Özbəkistanda iyunun 25-dən avqustun 5-dək olan dövr ilin ən isti vaxtı sayılır və xalq arasında “çillə” adlandırılır.

Həkimlər ölkə sakinlərinə və qonaqlara bu müddətdə çox zərurət olmadıqca gün ərzində küçəyə çıxmamağı, pəhriz saxlamağı və bol maye qəbul etməyi tövsiyə edirlər.

Mənbə: MİR24

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top