Ərdoğan İrandadır: Hansı mövzular masaya yatırılacaq?

DÜNYA 19.07.2022 1363

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranda səfərdədir.

Səfər çərçivəsində Ərdoğan və İran Prezidenti İbrahim Rəisinin sədrliyi ilə Tehranda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VII Toplantısı keçiriləcək.

Müvafiq nazirlərin iştirakı ilə keçiriləcək Şura Toplantısında Türkiyə-İran münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə ediləcək.

Görüşlər zamanı regional və qlobal problemlər, ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılacaq.

Ərdoğan həmin gün Rusiya Prezidenti Vladimir Putinin də iştirakı və İran prezidentinin ev sahibliyi ilə Astana formatında keçiriləcək Yeddinci Üçtərəfli Zirvə Toplantısına qatılacaq.

Zirvədə Suriyadakı mövcud proseslər, bölgənin təhlükəsizliyinə təhdid yaradan terror təşkilatları, xüsusilə PKK/YPG və İŞİD ilə mübarizə, siyasi həll səyləri, humanitar vəziyyət və suriyalıların ölkələrinə könüllü geri dönmələrinin müzakirə edilməsi nəzərdə tutulur.

Ərdoğan rusiyalı həmkarı ilə ikitərəfli görüş də keçirəcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top