Neyroşəbəkə robota yeriməyi öyrətdi

DÜNYA 19.07.2022 1092

Berklidəki Kaliforniya Universitetinin alimləri robotlara müxtəlif vərdişləri öyrənməyə kömək edən neyron şəbəkə yaradıblar.

Amerikalı mütəxəssislərin hazırladıqları “Dreamer” adlı neyroşəbəkə ətraf aləmin modelini qurmaq üçün robotun keçmiş təcrübəsindən istifadə edir. O, çox qısa müddət ərzində robotlara yeni bacarıqlar öyrədə bilir.

Məsələn, robota yeriməyi öyrətmək üçün “Dreamer”ə cəmi bir saat vaxt lazım olub.

Mütəxəssis bildirirlər ki, yeni metodologiya sayəsində avtomobillər yolda hərəkət edərkən yeni şəraitə, məsələn, nasaz mühərriklə hərəkətə davam etməyə uyğunlaşacaq.

Mənbə: lenta.ru

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top