İstanbuldakı Taxıl Sammitində razılaşma əldə olundu - YENİLƏNİB

DÜNYA 14.07.2022 1355

İstanbulda Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüşün ilk nəticəsi məlum olub.

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar danışıb.

Onun sözlərinə görə, danışıqlar zamanı İstanbulda tərəflərin nümayəndələrinin yerləşəcəyi koordinasiya mərkəzinin yaradılması razılaşdırılıb. 

Nazir heyətlərin gələn həftə yenidən İstanbulda toplanacağını və bütün detalların bir daha incələnəcəyini, eləcə də razılaşmaların rəsmiləşdiriləcəyini qeyd edib.

Həmçinin, “Reuters”in məlumatına görə, Rusiya məhsulların daşınması müddətində atəşkəsə, Türkiyə isə Rusiyanın silah qaçaqmalçılığı ilə bağlı narahatlığını aradan qaldırmaq üçün BMT-nin dəstəyi ilə gəmilərin yoxlanmasına razılaşıb.

18:54

Türkiyə, Rusiya və Ukrayna Müdafiə nazirlikləri ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş başa çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nümayəndə heyətləri Ukrayna limanlarında gözləyən taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınması üçün danışıqlar aparıb.

16:01

İstanbulda Türkiyə, Rusiya və Ukraynanın müdafiə nazirlikləri, eləcə də Birləşmiş Millətlər Təşkilatı (BMT) nümayəndələrinin görüşü başlayıb.

Nümayəndə heyətlərinin Ukrayna limanlarından taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasına dair razılığa gələcəyi gözlənilir.

Qeyd edək ki, bu, onların dördtərəfli formatda ilk görüşüdür.

Mənbə: Haber Türk

13:09

Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri taxıl dəhlizi danışıqları üçün bu gün İstanbulda bir araya gələcəklər.

Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətini daşıyan təyyarə Moskvadan İstanbul hava limanına gəlib.

“Tupolev 134” tipli təyyarə İstanbul Hava Limanına eniş edib.

Mənbə: Sabah

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top