Yunanıstanda Ukraynadan icarəyə götürülmüş helikopter dənizə düşdü

Sadə xəbər
DÜNYA 14.07.2022 1388

Yunanıstanın Samos adasında yanğınsöndürmə işlərinə qatılan helikopterin qəzaya uğrayıb.

“Mi 8” tipli helikopter Agiou Mina sahillərində dənizə düşüb.

Məlumata görə, adanın Palayohori bölgəsindəki meşə yanğınını söndürmək üçün Ukraynadan icarəyə götürülmüş helikopterdə biri rumın, ikisi moldovalı və biri yunan olmaqla, ümumilikdə 4 nəfər olub.

Sahil Təhlükəsizlik bölmələri iki nəfəri xilas edib. Digər iki nəfərin axtarış-xilasetmə işləri isə davam edir.

Mənbə: Haber Global

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top