Britaniyada fövqəladə vəziyyət elan olundu

DÜNYA 23.06.2022 1344

Britaniya səhiyyə orqanları ölkədə fövqəladə vəziyyət elan edib. Buna səbəb London kanalizasiyasında tapılan poliomielit virusu olub.

Bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) Britaniya hökumətinin rəsmi saytında dərc olunmuş bəyanatında deyilir.

Məlumata görə, Londonun şərqində, yaxınlıqdakı ərazilərdə yaşayan təxminən dörd milyon insanı su ilə təmin edən çirkab su təmizləyici qurğuda poliovirus serotip 2-nin (PV2) izləri aşkar edilib.

Agentlik qeyd edib ki, əvvəllər poliovirusların aşkarlanması ilə bağlı belə hallar olub. Lakin bu ilin fevral-may aylarında aparılan müşahidələr zamanı ekspertlər bir-biri ilə yaxından əlaqəli bir neçə virus aşkar ediblər ki, bu da həyəcana səbəb olub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top