Dünyada qaçqın uşaqların sayı rekord həddə çatıb

DÜNYA 19.06.2022 1441

2021-ci ilin sonuna dünyada təxminən 13,7 milyon qaçqın uşaq qeydə alınıb.

Daha 22,8 milyon uşaq öz ölkələrində didərgin düşüb.

Bu barədə BMT-nin Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Bildirilib ki, bu, İkinci Dünya Müharibəsindən sonra rekord göstəricidir.

Eyni zamanda, BMT ekspertləri ekoloji və iqlim fəlakətləri səbəbindən evlərini tərk etmiş, habelə Ukraynadakı vəziyyətlə əlaqədar qaçqın və köçkün vəziyyətinə düşmüş uşaqları bu siyahıya daxil etməyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top