“Azovstal”a yardım üçün uçan pilot: “Təyyarədə 20 yaralı var idi və bizi raketlə vurdular”

DÜNYA 03.06.2022 1264

“Azovstal”dan yüklərin çatdırılması və yaralıların təxliyyəsi üzrə tapşırıqları yerinə yetirən vertolyotun pilotu əməliyyatların necə hazırlandığından, hansı risklərin olduğundan, işğalçıların qarşıdakı digər helikopteri necə vurduğundan, mühərrikin biri olmadan eniş sahəsinə qədər necə uça bildiyindən və 20 nəfəri necə xilas etdiyindən danışıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının “Facebook” hesabında məlumat verilib.

Kimliyi açıqlanmayan pilot birbaşa çıxışında baş verənlər barədə danışıb: “Əsas çətinlik o idi ki, yükü düşmənin dərinliyinə, 100 km-dən çox əraziyə çatdırmaq lazım idi. Bütün bu məsafə boyu düşmənin çox sıx hava hücumundan müdafiəsi idi və bu tapşırığı yerinə yetirmək nəinki çətin, hətta mümkünsüz idi. Amma təcrübə göstərdi ki, bu mümkündür və biz də bunu etdik”.

Pilotun sözlərinə görə, təkcə “Azovstal” eniş zonasında üç fərqli hava hücumundan müdafiə sistemi var idi. Buna görə də pilotlar hava hücumundan müdafiə zonasına daxil olmamağa çalışıblar. Bunun üçün yoldakı bütün təbii və süni maneələri bilmək vacib idi.

Pilot əlavə edib ki, tapşırıq qoyulanda bütün ekipaj 90% halda geri qayıtmayacaqlarını başa düşürdü, lakin eyni zamanda hamı yükü çatdırmağın və insanları götürməyin son dərəcə zəruri olduğunu da dərk edirdi və buna görə də bu riskə getmək qərarı verdilər.

Onun sözlərinə görə, ən böyük həyəcan havaya qalxmazdan əvvəl vertolyota doğru gedəndə oldu və artıq bu prosesdə hamı başa düşürdü ki, bu, sadəcə işdir və sən bu işi etməlisən.

“Amma artıq Mariupolda yük boşaldılanda eyforiya hiss olunurdu. Bizə elə gəlirdi ki, gəlib bura - üç hava hücumundan müdafiə sisteminin məhv edildiyi zonaya gəlib dayanmışıqsa, yükü boşaldırıqsa, biz dünya padşahları kimiyik, biz artıq qalib gəlmişik və hər şey yaxşı olacaq.

Amma dönüş yolunda, 6-cı km-də - havaya qalxdıqdan 3 dəqiqə sonra – daşına bilən zenit raket kompleksinin raketi helikopterimə dəydi və bir mühərrik sıradan çıxdı. Arxada olan başqa bir helikopterin şansı daha az gətirdi - o, qəzaya uğradı və bütün ekipaj həlak oldu”, - deyə pilot birbaşa nitqində qeyd edib.

O, bütün idarəetmə sənədlərinə əsasən hər bir pilotun uçuş və enişə özünün qərar verə biləcəyini bildirib və ona görə də vertolyotuna raket dəyəndə eniş sahəsinə qədər uçmaq qərarına gəldiyini deyib.

“Raket vurulandan sonra adrenalin dalğası yarandı və biz sadəcə etməli olduğumuzu etdik. Təyyarədə 20 yaralı var idi və başa düşdük ki, tarlada bir yerə düşsək, onda onları götürmək və evakuasiya etmək üçün daha bir vertolyot tələb olunacaq ki, bu da planlaşdırılmamış əməliyyatdır - ona görə də biz sadəcə eniş nöqtəsinə uçduq.

Mənbə: Ukrainskaya pravda

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top