“Caliber”: Ermənistanda coğrafiya müəllimi üçün “edam ağacı” qurulub - VİDEO

DÜNYA 03.06.2022 950

“Caliber”in “YouTube” kanalında növbəti süjet yayımlanıb.

Burada erməni cəmiyyətinin bəzi zümrələrinin “satqın Paşinyan”dan sonra özünə coğrafiya müəlliminin simasında yeni “ümummilli düşmən” düzəltmək cəhdlərindən bəhs olunub.

“İndi müasir Ermənistan Respublikasının ərazisində yerləşən və Sevan adlanan Qərbi Azərbaycanın qədim Ördəkli şəhərindəki 4 saylı məktəbdə təhsil müəssisəsinin rəhbərliyinin və şəxsən coğrafiya müəllimi Lilit Ayrapetyanın təşəbbüsü ilə 8-ci sinif şagirdləri müxtəlif ölkələrlə bağlı onların xüsusiyyətlərini, milli adət-ənənələrini, mətbəxini göstərən, tanınmış şəxsiyyətləri və xüsusiyyətlərini tanıdan inşalar yazıblar. Elmi-tədqiqat xarakterli işləri Azərbaycan və Türkiyəni də əhatə edib. Ölkəmizə gəlincə, erməni şagirdlər əsasən milli musiqimiz, görməli yerlərimiz, məşhur paxlava, çay, pambıq və tütün barədə yazılı məlumatlar veriblər”, - deyə videomaterialda bildirlib.

Lakin bu, heç də qonşu ölkədə hamının ürəyincə olmayıb və müəllimə “xalq düşməni” elan edilib.

Daha ətraflı “Caliber”in yeni süjetində:

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top