Mərkəzi Bank artıq zərərə işləyir? - HESABAT

İQTİSADİYYAT 17.05.2022 1503

Azərbaycan Mərkəzi Bankının ötən il uğradığı zərərin məbləği açıqlanıb.

Bu barədə qurumun maliyyə hesabatında məlumat verilib.

Bildirilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2021-ci ili 162 milyon 746 min manat xalis zərərlə başa vurub.

Halbuki, qurum 2020-ci ili 52 milyon 485 min manat xalis mənfəətlə başa vurub.

Ötən il AMB-nin faiz gəlirləri 131 milyon 227 min manat (əvvəlki ilə nisbətən 22,5% az), faiz xərcləri 166 milyon 457 min manat (11,6% çox), haqq və komissiya gəlirləri 20 milyon 488 min manat (99,9% çox), haqq və komissiya xərcləri 3 milyon 835 min manat (41% az), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə öhdəliklərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə gəlirləri 7 milyon 487 min manat (yeddi dəfə az), amortizasiya olunan dəyərlə qiymətləndirilən maliyyə aktivlərinin ədalətli (diskontlaşdırılmış) dəyərdə ilkin tanınması üzrə zərəri 6 milyon 415 min manat (11,8 dəfə az), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 16 milyon 185 min manat (əvvəlki il gəlir olub), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis zərəri 35 milyon 394 min manat (əvvəlki il gəlir olub), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 23 milyon 254 min manat (əvvəlki il zərər olub), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 133 min manat (32,5 dəfə az), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 60 milyon 298 min manat (əvvəlki il gəlir olub), qiymətli kağızların dəyərsizləşməsinin bərpası üzrə gəlirləri 90 min manat (əvvəlki il zərər olub), xarici valyuta əməliyyatları üzrə xalis zərəri 935 min manat (əvvəlki il gəlir olub), sair əməliyyat gəlirləri 5 milyon 306 min manat (8,8 dəfə az), dəyərsizləşmə üzrə gəlirləri 18 milyon 361 min manat (27,7% çox), inzibati və sair əməliyyat xərcləri isə 79 milyon 573 min manat (20,4% az) təşkil edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top