“Marvel” komikslərində Co Bayden adlı antiqəhrəman tapıldı

DÜNYA 14.05.2022 1275

“Marvel”in fanatları “Hörümçək-adam” barədə komikslərdə Co Bayden adlı mənfi obraza rast gəliblər.

ABŞ-ın hazırkı prezidentinin adaşı daha çox Spektr təxəllüsü ilə tanınır.

O, ilk dəfə 2010-cu ildə “Piter Parker nömrə bir” buraxılışında görünüb. O, zaman ABŞ-ın hazırkı dövlət başçısı Barak Obama hökumətində vitse-prezident vəzifəsini tutub.

Komiksin səhifələrində hətta antiqəhrəmanın vitse-prezident Co Baydenlə qarışdırılmaması barədə oxuculara xəbərdarlıq da edilib.

Co Baydenin (Spektr) Marvel Qəhrəmanları Ensiklopediyasında ayrıca səhifəsi də  var. Orada dərc olunan məlumata görə, personajı müəlliflər Bob Geyl və Patrik Olifdir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top