Tarixi Yazılıtəpədə sirli qayalar, XII əsrə aid tağvari tikilmiş üçotaqlı bina qalığı - FOTOREPORTAJ

GÜNDƏM 05.05.2022 1351

Qobustan rayonunun ən maraqlı və sirli məkanlarından birinə, daha dəqiq desək, Yazılıtəpə qaya rəsmləri olan əraziyə gedirik.

Bu ərazidə 1966-cı il sentyabr ayının 9-da Qobustanda qədim qayaüstü təsvirlər aşkarlanıb və qədim arxeoloji abidələr, düşərgələr qeydə alınıb. Cingirdağ dağı və Yazılıtəpə ərazisi Böyükdaş, Kiçikdaş dağları ilə birlikdə Respublika Nazirlər Sovetinin müvafiq qərarı ilə Dövlət tarixi-bədii qoruğu elan edilib. 


Bundan sonra Qobustan ekspedisiyası Tarix İnstitutu və Qobustan qoruğu tərəfindən müştərək ekspedisiya kimi indiyə kimi də davam etməkdədir.

Vikipediya materiallarında Yazılıtəpədə aparılan arxeoloji qazıntı nəticəsində X-XII əsrlərə aid, tağvari tikilmiş üçotaqlı bina qalığı aşkar edildiyi və daha qədim dövrə aid heç bir mədəni təbəqəyə rast gəlinmədiyi qeyd edilib. Burada aparılmış qazıntı və başqa elmi tədqiqatların nəticəsinə görə hesab etmək olar ki, Böyükdaş və Kiçikdaş dağlarının qayalıqları arasında orta Daş (Mezolit dövrü), yeni Daş (Neolit dövrü) və sonra Tunc dövründə də həyat qaynayarkən Yazılıtəpədə yaşayış olmayıb.

“Global Photo Stock”un fotoqrafının ərazidən hazırladığı fotoreportajı təqdim edirik:

 









XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top