Pentaqondan Ukraynaya haubitsa və dronların tədarükü ilə bağlı AÇIQLAMA

İQTİSADİYYAT 30.04.2022 1770

Amerikanın Ukraynaya hərbi yardımının yeni tranşına haubitsalar və PUA-lar daxil olacaq, onlar bir gün ərzində on iki təyyarə ilə çatdırılacaq.

Bu barədə məlumatı Pentaqon yayıb.

“Yaxın 24 saat ərzində ABŞ-dan 12-dən çox reys gözlənilir” – deyə qurumun yüksək rütbəli nümayəndəsi jurnalistlərə bildirib. Onun sözlərinə görə, yeni tranşa 155 mm-lik haubitsalar, onların döyüş sursatları, Phoenix PUA-ları və radarlar daxil olacaq.

Qurumun nümayəndəsi həmçinin əlavə edib ki, ölkədən kənarda 100-dən çox ukraynalı artilleriyadan istifadə üzrə təlim keçir.

O vurğulayıb ki, ABŞ Ukrayna hərbçilərinin təlim keçmək üçün ölkədən çıxarılmasında iştirak etmir, eyni zamanda Ukraynada da Amerika hərbçiləri  yoxdur.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top