General Həzi Aslanovun qardaşı nəvəsi Şuşada - VİDEO

CƏMİYYƏT 23.04.2022 1123

Dünya Azərbaycanlılarının V Qurultayında Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun qardaşı nəvəsi Aysel Aslanova da iştirak edib.

Oxu.Az xəbər verir ki, APA TV qurultayda Portuqaliyadan olan nümayəndə qismində iştirak edən Aysel Aslanova ilə müsahibə edib.

O, Şuşaya gəlməyin çox böyük bir şərəf olduğunu bildirib:

“Şuşa azad olunanda düşündüm ki, ora ayaq basan insanlar çox xoşbəxtdirlər. Elə oldu ki, bizə də Şuşaya gəlmək qismət oldu”.

15 il xaricdə yaşayan A.Aslanova hazırda müxtəlif layihələr üzərində işlədiyini deyib:

“Burada diqqətimi layihələr çəkdi. Düşünürəm ki, yeni layihələr də olacaq və bizə də ölkəmizi təbliğ etməyə şərait yaradılacaq”.

Daha ətraflı sujetdə:

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top