Ayın tutulma dəhlizi insanların həyatını necə dəyişəcək?

CƏMİYYƏT 23.04.2022 1725

30 aprel tarixindən Ayın tutulması ilə müşahidə olunan və mayın 16-na qədər davam edəcək tutulma dəhlizi başlayır. Eyni zamanda Ayın tutulması günü Aydan gələn kölgə Günəşi də örtəcək.

Qədim dövrlərdə bu hadisə bəlalar və bədbəxtlik gətirən pis əlamət hesab olunurdu. Bununla bağlı fikirlərini bölüşən astrofizik Anton Biryukov, media astroloqu Vera Xubelaşvili və astroloq, Rusiya Astrologiya Məktəbinin rektoru Mixail Borodaçov “Veçernyaya Moskva” (“Moskva axşamçağı”) şəbəkə yayımı efirində tutulma dəhlizinin nə olduğu və onun nə dərəcədə təhlükəli ola biləcəyi barədə məlumat veriblər.

“Mən astronomam və peşəkar astronomiyada “tutulma dəhlizi” ifadəsi işlənmir. Sadə dillə desək, bu termin adı altında iki tutulma arasındakı vaxt intervalı başa düşülür, çünki bu hadisələr adətən cüt və ya üçqat olur. Bununla bağlı müşahidələrdən məlumatı olan bir insan kimi mənim üçün tutulma yalnız həndəsədir deyə bilərəm”, – deyə Biryukov açıqlama verib.

Ancaq astroloqlar fərqli nöqteyi-nəzərdən çıxış ediblər.

“Karma” sözünü sevmirəm, amma bu periodlar məhz belə adlanır. Biz hamımız təkrarlanan müəyyən hadisələrdən keçirik və belə çıxır ki, insan eyni ssenarilər üzrə hərəkət edir. Bu, insanların taleyində dövrlərin dərk edildiyi vaxtdır. Əsasən Buğa və Əqrəb, həmçinin Şir və Dolçalar bu təsir altına daha çox düşəcəklər. Bu periodlar insanın Yer üzündəki varlığının, mövcudluğunun mənasını anlaması üçün baş verir. Aprelin 30-u Valpurgiya gecəsi və ya Cadugər gecəsi (qədim inanclara görə, ifritələrin bayramı - red.) olacaq. Mən istəyirəm ki, baş verənlərin miqyası tam olaraq dərk edilsin. Mistik amillər olduqca çox ola bilər. Bu zaman ərəfəsində səfərə getmək və ya hansısa vacib məsələləri həll etmək tövsiyə olunmur”, – deyə Xubelaşvili qeyd edib.

Borodaçov isə vurğulayıb ki, istənilən tutulma insanlara psixoloji təsir göstərir. Atmosferdə və biosferdə güclü dəyişikliklər müşahidə olunmur, lakin istənilən tutulma həmişə insanların həm yaxşı, həm də pis keyfiyyətlərini gücləndirir:

“Yaxşı insanlar daha yaxşı, pislər isə daha pis olurlar. Birlikdə olacağınız insanların dairəsini seçmək lazımdır. Ailəniz və dostlarınızla birlikdə olmalısınız. Bu, daha yüksək enerjilər dövrüdür. Emosiyalar həddindən artıq çox olacaq, çünki Ay, Yer və Günəş bir ox üzərində düzüldükdə hətta kiçik bir mübahisə belə davaya, kiçik bir təşəbbüs isə nəhəng bir layihəyə gətirib çıxara bilər”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top