Kiyev metrosunda ukraynalı uşaqlar üçün xeyriyyə konserti keçirilib - VİDEO

Sadə xəbər
CƏMİYYƏT 23.04.2022 1055

Ukraynanın “Okean Elzı” rok qrupu Kiyev metrosunun “Zolotıye Vorota” stansiyasının platformasında konsert proqramı ilə çıxış edib. Tədbirə könüllülər, həkimlər və hərbçilər dəvət alıblar.

“Vse bude dobre” (“Hər şey yaxşı olacaq”) adlanan konsertdə məqsəd müharibədən zərər çəkmiş uşaqlar üçün vəsait toplamaqdır.

“Əsas məqsəd xeyriyyəçilikdir. Biz bu dəhşətli müharibədən əziyyət çəkən ukraynalı uşaqların ehtiyacları üçün vəsait toplamaq istəyirik”, - deyə qrupun solisti Svyatoslav Vakarçuk bildirib.

Konsert zamanı “Vse bude dobre”, “Ne tvoya voyna”, “Ya ne sdamsya bez boya” kimi ən məşhur bəstələr ifa edilib.

Xatırladaq ki, bir müddət əvvəl Svyatoslav Vakarçuk Oxu.Az vasitəsilə bütün Azərbaycan xalqına müraciət etmişdi.

 

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top