Britaniya parlamenti baş nazirlə bağlı xüsusi araşdırma aparacaq

DÜNYA 22.04.2022 1510

Böyük Britaniya parlamenti Baş nazir Boris Consonun öz iş yerində COVID-19 məhdudiyyətlərinə əməl edib-etməməsi barədə araşdırma aparacaq.

Belə ki, hökumət başçısının qapanma zamanı ofisdə keçirdiyi əyləncə gecəsilə bağlı məsələnin Nəzarət Komitəsinə göndərilməsini nəzərdə tutan vəsatət artıq qəbul edilib.

Leyboristlər Partiyasının lideri Kir Starmer baş naziri öz səlahiyyətlərindən istifadə edərək yaramaz əməllərini ört-basdır etməyə çalışmaqda itiham edib.

Qeyd edək ki, Komitənin mayın 5-dən tez olmayaraq, hadisə ilə bağlı polis araşdırması başa çatdıqdan sonra işə başlayacağı bildirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top