Almaniya Ukraynaya kömək edən Şərqi Avropa ölkələrini tanklarla təmin etmək qərarına gəlib

DÜNYA 21.04.2022 1223

Almaniya hökuməti Ukraynaya birbaşa silah tədarükü əvəzinə Kiyevə Sovet İttifaqı dövrü texnikasını göndərməyə hazır olduqlarını bildirən Şərqi Avropa ölkələrinə müasir tanklar tədarük etməyi planlaşdırır. Bu barədə aprelin 20-də “Bloomberg” Almaniya hökumətindəki adı açıqlanmayan mənbəyə istinadən xəbər verib.


Agentliyin məlumatına görə, ukraynalı hərbçilər sovet istehsalı olan avadanlıqların idarə edilməsinə yaxşı bələddirlər.

Üstəlik, NATO-nun Şərqi Avropadakı məhz hansı müttəfiqlərinin Kiyevə müvafiq silahlar göndərəcəyi ilə bağlı danışıqların hələ də davam etdiyi qeyd edilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top