
ABŞ-ın Luiziana əyalət polisi “Dow” kimya zavodunda xlor sızması barədə məlumat verib.
Sızma “Dow Chemica”ın ərazisində yerləşən “Olin Corporation” zavodunda baş vermiş yanğın nəticəsində qeydə alınıb. Zərərçəkənlər barədə məlumat verilmir.
Hazırda ştatda 1 saylı dövlət magistral yolu hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlıdır. Sakinlərə evdə qalmaq, pəncərələri bağlamaq, kondisioner və istilik sistemlərini söndürmək tövsiyə olunub.
Kimya zavodunun mütəxəssisləri ərazidə havanın keyfiyyətinə nəzarəti davam etdirir.