Türkiyə vətəndaşı Tərtərdə qayınatası, qayınanası və arvadını döydü

Sadə xəbər
CƏMİYYƏT 18.04.2022 1052

Türkiyə vətəndaşı Tərtər rayonunda yaşayan qayınatasının evinə gələrək mübahisə yaradıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprel ayının 17-də gecə saatlarında Türkiyə Respublikasının vətəndaşı Hazret Işık Tərtər rayonunda yaşayan qayınatasının evinə gələrək ona, qayınanasına və həyat yoldaşına küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib:

“Həmçinin qayınatasına məxsus avtomobili qəsdən yandırıb. Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Tərtər RPŞ-də müvafiq ekspertizalar təyin olunmaqla cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top