“La casa de papel”in ssenaristi Buçadakı vəhşiliklər haqqında sənədli film hazırlayır - FOTO

GÜNDƏM 16.04.2022 770

Buça, İrpen, Qostomel, Borodyanka - bu adlar dinc ukraynalılara qarşı görünməmiş işgəncələrin, qətliamların dünya tarixinə əbədi həkk olunduğu şəhərlərdir. Ukraynanın bu və bir çox başqa şəhərlərində Rusiya ordusu görünməmiş vəhşiliklər törədib: qadınları, uşaqları və əllərinə keçən hər kəsi öldürüb, işgəncə verib, zorlayıblar.

ABŞ-ın məşhur “Kartdan ev” (“La casa de papel”) serialının ssenari müəllifi Bo Uillimon bununla bağlı sənədli film çəkmək üçün Buçaya yollanıb.

Bu barədə yerli administrasiyadan bildirilib.

Dramaturq ukraynalıların soyqırımı və Ukrayna xalqının qəhrəmancasına müqaviməti ilə bağlı həqiqətləri bütün dünyaya çatdırmaq istəyir.

Xatırladaq ki, şəhərdə Rusiya ordusunun hərəkətləri nəticəsində həlak olan 403 mülki vətəndaşın cəsədi tapılıb.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top