
Oxu.Az-ın "RIA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Estoniya müdafiə naziri Hanno Pevkur bəyan edib.
"Bu və ya növbəti həftə biz 10 000 mərmi çatdıracağıq, həmçinin bu həftələrdə əsgərlər üçün qida təchizatı göndərəcəyik", - deyə Estoniya müdafiə idarəsinin rəhbəri bildirib.
O, həmçinin Ukraynaya sülhməramlıların göndərilməsi imkanı ilə bağlı suala cavab verib. Pevkurun sözlərinə görə, müvafiq plan hazırlanma mərhələsindədir.