Növbəti köç karvanı Ağdərənin Həsənriz kəndinə çatıb

Sadə xəbər
CƏMİYYƏT 11.04.2025 3249

Ağdərə rayonunun Həsənriz kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, Həsənriz kəndinə köçün üçüncü mərhələsində 20 ailə köçürülüb.

Köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Həsənriz kəndinə 70 ailə (238 nəfər) köçürülüb.

11:24

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu, Həsənriz kəndinə köçürülmənin üçüncü mərhələsidir. Bu mərhələdə kəndə 20 ailə - 72 nəfər köçürülür.

Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin, torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlər minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, eləcə də ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top