Birinci sinfə qəbulla bağlı YENİLİK

Sadə xəbər
CƏMİYYƏT 08.04.2025 3266

Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçmiş uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin I sinfə qəbul müsabiqə yolu ilə aparılmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilən ümumi təhsil müəssisələrinin birinci siniflərinə yalnız prioritetlər üzrə və sərbəst qaydada qəbul aparılacaq.

Tədris digər dillərdə aparılan bölmələr üzrə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan digər 6 ümumi təhsil müəssisəsinə müraciətlərin sayından asılı olaraq müsabiqələrin keçirilib-keçirilməməsi barədə qərar proses dövründə veriləcək.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top