Biləsuvarda modem alışdı - Dördotaqlı ev külə döndü

Sadə xəbər
GÜNDƏM 02.03.2025 3163

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Saat24.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bəydili kəndində, 1975-ci il təvəllüdlü Elşad Aydın oğlu Eyvazova məxsus birmərtəbəli 4 otaqlı evdə qeydə alınıb.

Hadisə yerinə Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikaları cəlb olunsa da, ev tamamilə yanıb.

Ev sahibinin sözlərinə görə, yanğın internet modeminin alışması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

 










 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top