Sahibsiz itlər 3 nəfərə hücum etdi: İkisinin vəziyyəti ağırdır

Sadə xəbər
GÜNDƏM 22.02.2025 2954

Naxçıvanda sahibsiz itlər 3 nəfərə xəsarət yetirib.

Saat24.Az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayon Cəhri qəsəbəsində baş verib.

İtlər qəsəbə sakinləri - 1963-cü il təvəllüdlü Şakir Məmmədbağır oğlu Babayev, 1963-cü il təvəllüdlü Famil Seymur oğlu Fərhadov və 1964-cu il təvəllüdlü Zeyvəli Salman oğlu Rzayevə hücum edərək onlara xəsarət yetiriblər.

Onlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top