
Baku TV paytaxtda müşahidə edilən qarlı-şaxtalı hava ilə bağlı son məlumatları çatdırıb.
Qeyd edilib ki, hava şəraiti ilə əlaqədar ən çox çətinliyin yaşandığı ərazi Yeni Yasamal qəsəbəsi olub, avtomobillərin rahat hərəkətinə maneə yaranıb.
Vurğulanıb ki, səhər saatlarında buzun əriməsi ilə yollar açılsa da, axşam saatlarına doğru yenidən eyni vəziyyətin müşahidə olunacağı gözlənilir.
Sakinlər həm avtomobillə, həm də piyada şəkildə hərəkət etməkdə çətinlik çəkdiklərini bildiriblər.
Daha ətraflı Baku TV-nin süjetində:
