Mingəçevirdə polis əməkdaşları məktəblilərlə maarifləndirici söhbət aparıblar-Foto

Manşet
CƏMİYYƏT 12.02.2025 2819
 
Mingəçevir şəhər polis şöbəsinin təşkilatçılığı ilə şəhərin Texniki və humanitar fənlər liseyində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır”, “yol hərəkəti qaydalarına əməl edək” mövzularında görüş keçirilib. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Nailə Məmmədova bildirib ki, bəşəriyyət üçün getdikcə faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə təhsil işçisi olaraq hər kəsi fəal olmağa səsləyirik, yeniyetmələri bu bəladan qorumaq üçün hər birimiz səfərbər olmalıyıq deyib. Direktor lisey haqqında və görüşün mahiyyəti barədə məlumat verib. Polis əməkdaşlarına bu kimi tədbirlərin məktəblərdə keçirilməsinə görə minnətdarlıq bildirib.
   Şagirdlərə Polis Akademiyasında kursantların maddi, sosial təminatları və imtiyazları barədə məlumatlar videoçarx vasitəsilə ilə nümayiş etdirilib.
Daha sonra çıxış edən şəhər polis şöbəsinin rəis müavini, polis polkovniki Rüfət Zeynalov narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən, insan sağlamlığına ziyanından danışıb. 
Maarifləndirici tədbirdə çıxış edən polis əməkdaşları “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə ”, “yol hərəkəti qaydalarına əməl edək” mövzularında geniş məruzə ediblər.Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və məktəbliləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb.
Saat24.Az Esmira Hidayətova,Mingəçevir.


 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top