Bakıda magistral yolu su basıb, sakinlər problemin həllini gözləyirlər

Sadə xəbər
GÜNDƏM 30.01.2025 3174

Bakı şəhəri, Yeni Ramana qəsəbəsi "Şuşa şəhərciyi" adlanan ərazidə magistral yolu su basıb.

Bu barədə Oxu.Az-a şikayət ünvanlayan sakinlər bildirirlər ki, dörd aydır magistral yolu su basıb, küçənin asfalt örtüyü dağılıb. Onların sözlərinə görə, mövcud problemlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciət etsələr də, problem həllini tapmayıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda ətrafa toplanan qrunt sularıdır.

Bildirilib ki, ərazidən nümunə də götürülərək İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin laboratoriyasında yoxlanılıb və qrunt suyu olduğu öz təsdiqini tapıb.

Qeyd edilib ki, sözügedən ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil:

"ADSEA-nın sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top