Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib

Sadə xəbər
GÜNDƏM 29.01.2025 2927

Naxçıvanda 49 yaşlı kişi qətlə yetirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, yanvarın 28-də Babək rayon sakini, 1976-cı il təvəllüdlü Fərzalı Behbudovun öldürülməsi barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1965-ci il təvəllüdlü Rəhman Bayramovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Fərzalı Behbudova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rəhman Bayramov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam edir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top