Sadə xəbər
Sumqayıt şəhəri 9-cu mikrorayonda yerləşən yeni tikililərin birində yaşayan 645 ailə komendantın fəaliyyətindən narazıdır.
Onlar iddia edirlər ki, qanunsuz şəkildə kommunal qiymətlər artırılır.
"Qiymət qalxıb, üstəlik, xidmət göstərmirlər. İşığı söndürürlər, camaat liftdə qalır, Fövqəladə Hallar Nazirliyindən (FHN) gəlib çıxarırlar", - deyə sakin narazılığını dilə gətirib.
Tikinti şirkətinin sədri Ceyhun Qasımov isə bildirib ki, yaxın vaxtlarda vətəndaşların problemləri həll olunacaq.
Ətraflı Baku TV-nin süjetində: