Maştağadakı su kanalında antisanitar vəziyyət yarandı

Sadə xəbər
GÜNDƏM 28.01.2025 3028

Bakının Maştağa qəsəbəsi, Savalan yaşayış massivində təsərrüfat üçün nəzərdə tutulan su kanalı zibilxanaya çevrilib. Vətəndaşların iddialarına görə, kimlərsə avtomobillər vasitəsilə kanala çirkab suları axıdır və əraziyə məişət tullantıları atırlar. Nəticədə ərazidə antisanitar vəziyyət yaranır.

PhotoStock.Az-ın əməkdaşı ərazidən fotoreportaj hazırlayıb.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Abşeron magistral kanalında təmizləmə işləri aparılır.

"Regional Su Meliorasiya Xidmətinin əməkdaşları tərəfindən ərazi növbəli şəkildə təmizlənir. Hazırda üç ayrı yerdə briqadalarımız işləyir.

Bu cür antisanitar vəziyyət ərazidə yaşayan sakinlər tərəfindən yaradılır. Bunun qarşısının alınması üçün dəfələrlərlə aidiyyəti qurumlara müraciət etmişik ki, ən azından kanala yaxın olan ərazilərdə zibil qabları qoyulsun.

Bundan əlavə, vətəndaşlar arasında təbliğat aparılıb ki, əllərinə keçən bütün zibilləri kanala atmasınlar. Təmizliyə diqqət etməyəndə həm yaşadıqları ərazidə antisanitar vəziyyət yaranır, həm də bizim su təsərrüfatı obyektlərimizə ziyan dəyir. Kanallarımız hər il bu formada təmizlənir", - deyə məlumatda bildirilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top