"Birbank" mobil tətbiqində problem yarandı - AÇIQLAMA

Sadə xəbər
GÜNDƏM 27.01.2025 3262

Hazırda "Birbank" mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.

Oxu.Az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.

Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də "Apple Pay" və "Google Pay" ödənişlərini rahatlıqla edə bilərlər.

Müştərilərimizə anlayışları üçün təşəkkür edirik", - deyə məlumatda qeyd olunub.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top