Göyçayda tələbə qızlar qidadan zəhərləniblər

Sadə xəbər
GÜNDƏM 22.01.2025 3069

"Göyçayda zəhərlənən tələbələr Göyçay Dövlət İdarəçilik və Texnologiyalar kollecinin tələbələridirlər".

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilib.

Qeyd olunub ki, zəhərlənənlərin beşi də üçüncü kurs tələbələridirlər:

"Onlar evdə yedikləri tortdan zəhərləniblər. Vəziyyətləri yaxşıdır. Bu gün imtahanları olub və hər biri imtahanda iştirak ediblər.

Günay Rasim qızı Heydərova "Azərbaycan iqtisadiyyatı", Pərvanə Novruz qızı Bayramova və Günay Samir qızı Behbudlu "Vergilər və vergi tutumu", Ayşən Aqil qızı Elləzzadə və Ceyran Mahir qızı Əliyeva "Mühasibat uçotu" fənnindən imtahan veriblər", - deyə məlumatda bildirilir.

Göyçay rayonunda beş tələbə qızın zəhərlənməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Oxu.Az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", - deyə açıqlamada qeyd edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a verilən məlumata görə isə, Göyçayda zəhərlənən tələbələr evə buraxılıblar:

"Yanvarın 21-i, saat 13:00-da dörd nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar".

Əzizə İsmayılova

Göyçay rayonunda beş tələbə qız zəhərlənib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, onların mağazadan aldıqları tort və evdə hazırladıqları salatdan zəhərləndikləri ehtimal olunur.

Belə ki, müxtəlif rayonların sakinləri olan və bir evdə qalan tələbə qızlar zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top