Manşet
Rusiya sərhədçilərinin Ermənistanın İran və Azərbaycanla olan sərhədini təhvil verməsindən sonra Ermənistan sərhədçilərində zabit çatışmazlığı yaranıb.
"Saat24.az" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Şirak, Lori, Tavuş və Sünik bölgələrində yerləşən kiçik rütbəli zabitlərin dövlət sərhədini mühafizə bölmələrində hərbi xidmətə çağırışları üçün qəbul təşkil edib.
"Məcburi hərbi xidməti başa vurmuş və yaşı 45-dən çox olmayan Ermənistan Respublikasının vətəndaşları müraciət edə bilərlər", - deyə qeyd olunub.