Seçki qutusuna topa bülleten atan azərbaycanlı həbs olundu

Manşet
HADİSƏ 31.10.2024 2339

Gürcüstan Daxili İşlər Nazirliyi iki nəfəri Marneuli rayonunda keçirilən parlament seçkiləri zamanı bülletenləri qutuya atmaqda ittiham edib. 

"Saat24.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, həbs olunanları 2 ilə qədər həbs gözləyir.

"İstintaq müəyyən edib ki, Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Marneuli bələdiyyəsinin Sadhuli kəndinin 69 saylı seçki məntəqəsində təqsirləndirilən şəxslər qanunu pozaraq seçki qutusuna bülletenləri doldurublar", - Daxili İşlər Nazirliyindən bildirilib. 

Bu məntəqədə səsvermənin nəticələri ləğv edilib.

Qeyd edək ki, sözügedən məntəqədə hakim “Gürcü arzusu” partiyasının üzvü, əslən azərbaycanlı Rövşən İsgəndərov bir neçə seçki bülleteni zorla qutuya doldurub. Bu fakt “Mənim səsim” müşahidə missiyasının müşahidəçisi tərəfindən videoya çəkilib, bundan sonra o, fiziki zorakılığa məruz qalıb və seçki məntəqəsindən qovulub. 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top