Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəllsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə maddəsi ilə təqsirli bilinən Tahirova Ruhiyyə Mürvət qızının növbəti məhkəmə prosesi keçirilib.
"Saat24.az"ın məlumatına görə, cinayət işində şahid kimi tanınan zərərçəkmiş şəxsin anası Səriyyə İsrafilova ifadə verib. O, oğlunun yatan yerdə öldürülməsindən narazıçılığını bildirib: "Bu qadının yanına çox kişi gəlib gedirdi, Ruhiyyə mənim oğlumu yatdığı yerdə vurub. Bu lotu qonşulara gedib deyib ki, oğlanı mən öldürmüşəm. Oğlumu ailəsindən mən özüm ayırmışdım. Samir türmədən çıxandan sonra qoymadım getsin Sumqayıta, yanımda qalırdı oğlum. O gedib metallon yığırdı, elə olurdu gecələr evə gəlmirdi. Sən demə gedib bu lotunun yanında qalıb. Mən balamı süpürgəçilikə böyütmüşəm".
Şahid Səriyyə İsrafilovanın ibtidai istintaqa verdiyi ifadəsi elan olundu. Məlum oldu ki, Samir 2019-cu ildə əfv sərəncamı ilə həbsdən azadlığa çıxıb.
Məhkəmə iclası 2 dekabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, bu il mayın 30-da səhər saat 9 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin birində 38 yaşlı İsrafilov Samir Yanvar oğlunun kəsilmiş- deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, 48 yaşlı Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Belə ki, onlar sevgili olublar.