Zərdab rayonu ərazisində ağacəkmə aksiyası davam etdirilir -Foto

Sadə xəbər
CƏMİYYƏT 25.10.2024 3831
Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Zərdab rayonu ərazisində keçirilən ağacəkmə aksiyası davam etdirilir. Rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında təşkil olunan aksiyada rayon rəhbərliyi, rayon icra hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Bu gün keçirilən ağacəkmə aksiyasında rayon polis şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
Saat24.Az Coşqun Abdullayev 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top