Türkiyəli ustad sənətçi Bülent Ersoy dişlərinə brilyant taxdıracaq.
"Saat24.az" xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında deyib.
Bildirilir ki, Bülent Ersoy ağız və diş baxımı üçün Antalyaya gedib. Bir sıra əməliyyatlar həyata keçirəcək Ersoyun dişlərinə brilyant taxılacaq. Prosedurlardan əvvəl klinika sahibləri ilə şam yeməyinə gedən Bülent Ersoy məkana daxil olarkən restoranda insanlar tərəfindən alqışlarla qarşılanıb.
Gecədə jurnalistlərin suallarını "Sənətçilərin ölümü" ilə bağlı sualı cavablandıran Bülent Ersoy, "Vəfasızlıq təkcə dəfn mərasimlərində deyil, nə qədər ki, bu həyatda nəfəs alırıq, bu vəfasızlıqlar davam edəcək. And içirəm ki, heç vecimə də deyil. Dəfnimə heç kimin gəlməsini istəmirəm. Mən özüm gedəcəyəm, - deyib.
"Heç vaxt səhnəyə ara verməyi düşünmüsünüzmü" sualına Ersoy "Heç vaxt belə bir şey düşünməmişəm. Bir az həyasızam. Son ana qədər səhnədə olacam" cavabını verib.