Azərbaycanlı vəkil Rusiyada SAXLANILDI

Sadə xəbər
HADİSƏ 17.09.2024 2447

Moskvada tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanılıb.

"Saat24.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, Elman Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Moskvada Aleksey Blinovski ilə şəxsi görüşü zamanı külli miqdarda pul mükafatı müqabilində Blinovski və onun həyat yoldaşı, blogger Yelena Blinovskayanı əvvəllər barəsində açılmış cinayət işi üzrə cinayət məsuliyyətindən azad etmək imkanı əldə etdiyinə əmin olub.

Razılığa gələn Paşayev Blinovskidən xüsusilə külli miqdarda pul alıb.

Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.

XƏBƏR LENTİ
10.10.2024 2055

DİGƏR XƏBƏRLƏR

Loading
Top